Bu məktəbin bir sinfinin bütün məzunları ali məktəblərə qəbul oldu
Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbinin bu ilki məzunları, məktəbin ötən illərdəki uğurunu təkrarlayıblar. Məktəbin 11 B sinfinin 15 məzunu Ali məktəbə daxil olub, tələbə adını qazanıblar. Şagirdlərinin Respublikanın nüfuzlu Ali Təhsil müəssisələrinə qəbul olması ən çox sinif rəhbəri Mətanət İskəndərovanı qürurlandırır. Hər birinin potensialına bələd olan müəllim şagirdlərinin böyük uğura imza atacaqlarına əmin idi. 3 ildir ki, məzun olan siniflərdən bütün məzunların tam nəticə göstərməsini məktəbin direktoru müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasında görür. Qeyd edək ki, bu il məktəbi bitirən 36 məzundan 20 - si Ali məktəbə qəbul olub. Şagirdlərdən ikisi fərqlənmə attestatına layiq görülüb. İlkin Rzayev Rövşən Almazoğlu APA TV