Bu ölkədə 1 milyard heyvan diri-diri yandı - DÜNYADAN YARDIM TƏKLİFİ
Avstraliyada ötən ilin son 4 ayı ərzində 1 milyarddan çox heyvan tələf olub.
APA TV-nin məlumatına görə, Sidney Universitetinin professoru Kris Dikman bunu ölkə ərazisində baş verən yanğınlarla əlaqələndirib. “Sağ qalan heyvanların da yaşama ehtimalı azdır, çünki onlar külə dönmüş yerlərdə qidalanmaq üçün yem tapa bilmir. Bu isə heyvanlar arasında nəsil kəsilmə prosesini sürətləndirə bilər”.
Xatırladaq ki, bir müddətdir Avstraliyada davam edən yanğınlar yaşıllıqların məhv, heyvanların tələf olması ilə yanaşı, 25 insanın həyatına son qoyub.
Dünya ölkələri Avstraliyaya yardım təklif edib.