Bu ölkədə karantin rejimi sərtləşdirilir - 1 dəqiqə 10 xəbər 11:00 buraxılışı
Beynəlxalq axtarışa verilən Seymur Cabbarov Ukraynadan Azərbaycana ekstradisiya edilib
Bu gündən noyabrın 5-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, dağlıq rayonlarda qar yağacağı ehtimalı var
ABŞ Demokratlar Partiyasının üzvü Erik Adams Nyu-Yorkun 110-cu meri seçilib
Niderlandda karantin rejimi ilə bağlı qaydalar yenidən sərtləşdirilir
“Briqada” serialındakı Şmidt obrazı ilə məşhurlaşan rusiyalı aktyor Dmitri Qumenetski dünyasını dəyişib
Çilidə 5,9, Fici sahillərində isə 5,7 bal gücündə zəlzələ baş verib
Özbəkistan uran istehsalına görə dünyada beşinci yerdədir
“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq
ABŞ-da 5-11 yaşlı uşaqlar üçün “Pfizer” peyvəndinin tətbiqi tövsiyə edilib
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon nəfəri ötüb