Bu qaydalara əməl etməyən attraksionların fəaliyyəti dayandırılacaq
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə görülən işlərlə bağlı məlumat verib.
Həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib.