Bu qurumlar İnvestisiya Holdinqinin idarəetməsinə verildi
AZAL Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
APA TV-niın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamda əksini tapıb.
Eyni zamanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamında əksini tapıb.