Bu rayonda torpağın sotu 15 minə təklif edilir
Son illər Xaçmazda yaşayış evlərinin qiyməti artıb.
Alqı-satqı ilə məşğul olan şəxslər bunu tikinti materialların qiymətinin qalxması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Xaçmazda bina evlərinə tələb daha çoxdur. Satışa qoyulan evlər arasında isə 45 minə də ev tapmaq mümkündür, 200 minə də.
Qubada qış aylarında kirayə üçün bina evi, yayda isə həyət evlərinə tələbat çoxalır. Bu da yayda bura istirahət üçün üz tutulanların sayının çoxluğu ilə bağlıdır. Qubada yerindən və şəraitindən asılı olaraq 250 manatdan 500 manata kimi ev kirayələmək mümkündür.
Maklerlər bildirir ki, yay aylarında kirayə evlərin qiyməti tələbat çox olduğuna görə qalxır. Fantastik qiymətə satışa qoyulan evlərin satışı isə qəliz məsələdir. Bu evləri satmaq o qədər də asan mələ deyil.
Vəli Turan, Riozvan Hacıyev, APA TV