Bu sahədə çalışanların maaşları artırıldı

Hərbçilərin maaşlarına 20 faiz məbləğində əlavə müəyyən edilib

 

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən DİN-in xüsusi rütbəli əməkdaşlarının, DTX hərbçilərinin, Daxili Qoşunların hərbçilərinin, Prezidentin Təhlükəsizlik Xidmətinin hərbçilərinin, Azad olunmuş ərazilərdən kənarda xidmət edən hərbçilərin, DSX hərbçilərinin, DGK-nın xüsusi rütbəsi olan əməkdaşlarının, Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, FHN əməkdaşlarının maaşlarına 20 faiz məbləğində əlavə müəyyən edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv