Bu şəxsləri 20 min manatadək cərimə gözləyir

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün AYNA informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bəs yeniliyin taksi fəaliyyətinə təsiri necə olacaq? Ekspertlər hesab edir ki, bu müsbət dəyişikliklərə səbəb olacaq. Qeyd edək ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək. Vəzifəli şəxslərin 5 min manat, hüquqi şəxslərin 20 min manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv