Bu yolda xətlər itib-sürücülərlə piyadalar hər gün əlbəyaxa davaya çıxır

Ucarda həm piyadalar, həm də sürücülər xətləri silinib yoxa çıxan mərkəzi yollardan şikayətçidir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayonunun Azərbaycan, Oğuz, 20 yanvar küçələrində və Heydər Əliyev prospektində piyada keçidi və avtomobil yollarında çəkilən xətlər silib yoxa çıxır. Vətəndaşlar deyir ki, uzun müddətdir ki, bu vəziyyət hökm sürür. Xətlər gözəgörünməz olandan sürücülər piyadalara yol vermir. Xətlərin yoxluğu həm qayda pozuntularına, həm dava-dalaşa, həm də qəzalara gətirib çıxarır.

                                                                                                                                                        Ucar Şəhər İH-NİN Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Abdulla İbrahimov məsələyə şifahi olaraq münasibət bildirərkən qeyd etdi ki, rayonun mərkəzindəki yolları ilə bağlı problemdən xəbərdardırlar. Adı çəkilən ərazilərdə bu ilin əvvəllərində xətlər yenilənib. Sadəcə olaraq boya keyfiyyətsiz olduğundan qısa müddətə pozulub. Onun sözlərinə görə, may ayının birinci ongünlüyünə  piyada keçidlərində xətlərin yenilənməsi nəzərdə tutulub. Düz və qoşa xətlərin yenilənməsi isə vəsaitin qıtlığı səbəbindən yaxın gələcəkdə mümkün olmayacaq. İcra nümayəndəsi bildirib ki, rayon ərazisində 8 kilometrə yaxın yolda xətlər yenilənməlidir. Rayonda texnika olmadığından Bakıdan gətirilməlidir. Bunun üçün tələb olunan vəsait  hələ ki, yoxdur.                                                          

 

Zahid Abışov, Devran Əsgərov, APA TV 

Müəllif | Apa.Tv
Apa.tv