Bulvarda bu mənzərəni görənlər heyrət içində qalır

Sumqayıtın Dənizkənarı bulvarı isti günlərdə kiçikdən-böyüyə hər kəsin sevimli məkanına çevrilir.

APA TV-nin məlumatına görə, səhər saatlarından dan yeri sökülməmiş insanlar hər səhər günəşi burda qarşılayırlar. Kimisi idman edir, kimisi yürüş edir, kimisi isə balıq tutur. Təbiətin bəxş etdiyi bu nemətdən hərə bir cür faydalanır.

Burada yaşlı nəslin nümayəndələrinə daha çox rast gəlirik.

Mütəxəssislər də sübh tezdən dənizkənarında vaxt keçirməyin  insan orqanizminə müsbət təsiri olduğunu bildirilər. Xüsusilə ürək-damar sistemi, asmiatik,  endokrin xəstəliklərin müalicəsində dəniz havası çox faydalıdır. Həkimin sözlərinə görə, hətta qalxanvari vəz xəstəlikləri zamanı yod çatışmazlığından əziyyət çəkən şəxslər mütəmadi dəniz kənarına getməklə dərmansız sağala bilirlər.

Təbiətin bizə bəxş etdiyi nemətlərdən faydalanaq. Çalışın sağlam olun!

RAMİL ZEYNALLI

ƏLİ ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv