Burada kənd məhsulu kənddəkindən də ucuz satılır - Yeni kampaniya

“Bakı Sumqayıt şosesində Saray qəsəbəsi ərazisindən keçən hissəsində yeni fəaliyyətə başlayan “Sizin bazar”da bu həftə də endirim kompaniyası davam edir. Bazara gələn müştərilərin rahatlığını təmin etmək üçün xüsusi parkinqlər də yaradılıb ki, müştərilər rahat şəkildə avtomobillərini saxlayıb alış-veriş edə bilsinlər. Eyni zamanda bu həftə bazarın qarşısında xüsusi piştaxtalarda endirimə düşən məhsullar alıcılara təqdim edilir”.

 

“Sizin Bazar”da satışa çıxarılan məhsullar birbaşa regionlarda istehsalla məşğul olan fermerlərdən alınaraq gətirildiyindən həm məhsul çeşidləri bol olur, həm də qiymətlər digər bazarlardan ucuzluğu ilə seçilir.

 

Satış müdiri Aqil Nəzərov deyir ki, Sumqayıtdan, Xırdalandan bizim müştərilər “Bizim Bazar”a axışır: “Bu piştaxtada hər həftə sonu xüsusi endirim kompaniyalarımız olur. Hansı ki, həmin kompaniyaya düşən məhsullar maya dəyərindən ucuz təqdim edilir. Hansı ki, regionlarda narın qiyməti 1,50 qəpikdirsə biz həftə sonu onu 0,50 qəpiyə təqdim edirik. Alma, armud və digər mövsüm meyvələri də onun kimi”.

 

Alıcılar burada bütün növ meyvə-tərəvəzləri, süd və süd məhsulları, xüsusi qablaşdırılmış turşu məhsullarını daha ucuz qiymətə əldə edə biləcəklər.

 

 “”Sizin Bazar” daha bir yeniliyə də imza atıb. Belə ki, bazar rəhbərliyi yerli xarici şirkətlərin məhsulu olan kolbasa və sosislərin satışını da təşkil edir. Burada ən keyfiyyətli məhsullar adi mağazalara nisbətən daha ucuz satılır”.

 

Bazara gələn şirniyyatsevərlər burada istədikləri çeşid tortlar, bulkalar, şəkərbura və paxlavaları ucuz qiymətə tək-tək və ya kilo ilə ala bilərlər.

 

“Gəncə təndir” brendinin istehsalı olan təndir çörəyi və təndir məhsulları müştərilər üçün ən ucuz qiymətə burada təklif olunur. Müştərini məmnun edən digər bir məsələ isə həmin çörəklərin harada necə bişirilməsini öz gözləri ilə görmələridir.

 

“Sizin bazarda müştərilər mövsüm meyvələrinin yalınız özlərini deyil həm yeni çəkilmiş şirəsini də ala bilərlər. Hər kəsin sevdiyi nar şirəsi elə müştərinin gözünün qarşısında sıxılır və təqdim edilir. 1 fincan nar şirəsini 0,50 qəpiyə alıb nuş edə bilərsiz”.

 

Elə alıcılar da “Sizin bazar” meyvə bazarını bir yenilik hesab edirlər. Keyfiyyətdən və qiymətlərdən razı qaldıqlarını deyirlər.

 

“Günün 24 saatı fəaliyyət göstərən “Sizin Bazar”da kafe də müştərilərinin üzünə açıqdır. Uzaq yoldan aç və yorğun gələn istənilən kəs burada ayaq saxlayıb həm nahar, həm də şam edə bilər. Təbii ki, burada hazırlanan dadlı təamlar bir dəfə bura gələn müştərini bir daha geri qayıtmağa vadar edir”.

    

Sonda isə həftəlik bazar qiymətlərini “Sizin Bazar”ın təqdimatında diqqətinizə çatdırırıq:

 

Kartof 0.60

Soğan 0.35

Xiyar 0.60

Pomidor 2.00

Göyərti 0.14

Banan 1.80

Nar Göyçay 0.60

Heyva 1.00

Karalyok 0.70

Mandarin 1.00

Armud 1.00

Alma qırmızı 0.70

Alma palme 0.70

Üzüm 1.20

Kartof Gədəbəy 0,80 qəpik-1 azn 

Armud  meşə gözəli 1.20

Alma qala 1 azn

Boranı 0.40

 

İsmayıllı pendiri 6 azn       

Motal pendiri 10 azn

Süd 1 litrlik 1.40

Qatıq 0.700qr 1.20

Et dana 9.80

Toyuq mərcan 1 kq 4.2

Kənd yumurtası 1 ədədi 0.30

 

 

İlahə Vəliyeva

Musa Qulammirzəyev  APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv