Burkina-Fasoda çevrilişdən sonra prezident seçildi
Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.
APA TV xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.
Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.