Bütün provaslavlar Gəncədəki kilsəyə TOPLAŞDI - SƏBƏB

Azərbaycan ərazisində mövcud olan azsaylı xalqlar daim sülh və mehriban şəraitdə yaşayıblar. Müxtəlif millətlərə və dinlərə sahib olan insanlar sərbəst şəkildə öz ibadətlərini həyata keçiriblər. Onlardan biri də xristian provaslavlarıdır. Gəncədə yerləşən Aleksandr Nevski Kilsəsi 135 ildir qapılarını ibadət üçün  açıb.

Hazırda qarşısında dayandığımız kilsə 1887-ci ildə inşa edilib. Bura ölkəmizdə fəaliyyət göstərən ən qədim pravoslav kilsələrindən biridir.

Məbədin binası bizans üslubunda, qırmızı kərpicdən tikilib. Sovet hökuməti dövründə bura muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya köçürülüb, bu bina isə kafedral anbar kimi istifadə edildi. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılıb. Müxtəlif vaxtlarda Azərbaycan hökuməti tərəfindən təmir-bərpa işləri aparılan kilsə bu gün də ibadət üçün açıqdır.

Bu gün Azərbaycanın dörd bir tərəfindən gələn provaslavlar məbədə toplaşaraq Aleksandr Nevski Kilsəsinin 135 illiyi üçün dualar oxuyur, müxtəlif ayinlər icra ediblər.

Pravoslav xristianları Azərbaycanda müsəlmanlıqdan sonra ikinci böyük dini konfessiyadır. Və hər il dövlət tərəfindən ölkəmizdəki bütün dini qurumlara maliyyə yardımı ayrılır. Bu vəsait qurumun saxlanması və ibadət məkanlarının təmirinə xərclənir.

Bütün azsaylı xalqlara göstərilən qayğının nəticəsidir ki, onlar da doğulduqları bu torpağın qədrini bilir, yeri gələndə Azərbaycanın hər bir qarışı üçün mübarizəyə qalxır, onu müdafiə edir, Vətəni üçün canından keçirlər. Müxtəlif millətlərə və dinlərə mənsub olan xalqlar burda bir bayraq altında, sülh və əmin-amanlıq içərisində yaşayırlar.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

 

 

Müəllif | Apa.Tv
Apa.tv