Buz bağlayan Göygöldən REPORTAJ
Azərbaycanda nadir hadisələrdən biri baş verib. Ölkəmizin dilbər guşələrindən saylan Göygöl buz bağlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qarlı mart ayı bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.
Göygöldə gecikən qış fəsli turistlərin də marağına səbəb olub. Mənzərəni görmək üçün bayram günlərində Göygöl Milli Parkına gələnlərin sayı hər gün durmadan artır.
Bahar fəslində Göygölün üst hissəsinin donması azyaşlılarında böyük marağına səbəb olub
Hazırda Göygöldə buzun qalınlığı 2-3 sanimetr təşkil edir. Burada çalışanlar belə bu hadisənin nadir hal olduğunu bildirirlər.
KM Qeyd edək ki, Göygöl 1139-cu ildə Gəncə şəhərində baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması və Ağsu çayının qarşısının kəsilməsi nəticəsində yaranıb. Göygöl füsunkar gözəlliyi, xüsusilə suyunun şəffaflığı ilə məşhurdur.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Göygöl