Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırıldı – TÜRKİYƏDƏN NÖVBƏTİ DƏSTƏK

Türkiyə növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirib. 

 

APA TV xəbər verir ki, bu dəfə bayrağımız Türkiyənin İstanbul şəhərində təsvir edilib.

 

Belə ki, şəhərdə yeni tikilmiş Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb.

 

Qeyd edək ki, bundan öncə də Türkiyənin müxtəlif şəhərlərində işğalçı Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın Qarabağda apardığı haqlı savaşa dəstək məqsədilə müxtəlif qurumların binalarının fasadları bayraqlarımızla bəzədilib.

Müəllif | Apa.Tv
Apa.tv