Canavarlar yaylaqdan enən sürüyə hücum etdi - YEVLAXDA
Yevlaxda qoyun sürüsünə canavarlar hücum edib.
APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qazandağı deyilən ərazisində baş verib.
Yaylaqdan enən 600 baş xırdabuynuzlu heyvan yırtıcıların hücumuna məruz qalıb. Sürü rayonun Tanrıqullar kəndinə aparılıb.
Çoban Xaləddin Nağıyev canavarların qoyunlara gecə hücum etdiyini deyib. Onlar 4 qoyunu parçalayıb, 6 heyvana xəsarətlər yetirib.
Çobanlar sürünü müşayiət edən 12 itin köməkliyi ilə yırtıcıları çətinliklə ərazidən uzaqlaşdıra bilib.