Casus şəbəkəsinin ifşası davam edir

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

 

APA-nın əldə etdiyi xəbərə görə, saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

 

Qeyd edək ki, Mətləb Bağırov “İnterAz” və “SalamNews”un sahibidir.

 

Xatırladaq ki, ötən gün DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da olub.

 

 

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv