Casusluq edən jurnalist kimdir?

 

1895-ci ildə Bakıda dünyaya göz açan Sovet İttifaqı Qəhrəmanı, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada gizli xidmətdə olarkən SSRİ mənbələrinə Adolf Hitlerin hücumu barədə məlumat verməsidir. Yazıçı, jurnalist Həmid Herisçinin Zorge ilə bağlı APA TV-yə müsahibəsini təqdim edirik. Həmid Herisçi bildirir ki, üstündən uzun illər keçməsinə baxmayaraq hələ də Rixard Zorgenin əməliyyatları böyük maraqla araşdırılır və kəşfiyyat məktəblərinin imtahanlarında istifadə olunur. Yazıçı Ulu öndər Heydər Əliyevin Rixard Zorgeyə ehtiramından bəhs edərkən mümkün dialoqlardan da söz açıb. Həmid Herişçi deyir ki, xəfiyyənin Bakı şəhərində anadan olması və sonrakı illərdə özünün qələmə aldığı memuarlarda Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir. Jurnalist Zorgenin Bakıda yerləşən abidələrinə qarşı olan laqeydlikdən də gileylənib. Qeyd edək ki, Moskvada sovet kəşfiyyat idarəsinə götürülən Zorge Yaponiya Çin və Almaniya kimi ölkələrdə Ramzay məxvi adi altinda casusluq edib. 1941-ci ilin oktyabrında Rixard Zorgenin kəşfiyyat fəaliyyətinin üstü açılır və o, Yaponiya polisi tərəfindən həbs edilir. 1943-cü ilin sentyabrında Zorge haqqında ölüm hökmü çıxarılır və o, 1944-cü il noyabrın 7-də edam edilir.
 

Müəllif | Apa.Tv
Apa.tv