Çavuşoğlu Avropadan təxliyə ediləcək Türkiyə vətəndaşlarının sayını açıqlayıb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropadan təxliyə ediləcək ölkə vətəndaşlarının sayını açıqlayıb.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, nazir bildirib ki, 3614 Türkiyə vətəndaşı Avropa ölkələrindən qayıtmaq üçün müraciət edib.

 

Mövlud Çavuşoğlu vurğulayıb ki, təxliyə ediləcək Türkiyə vətəndaşları qayıtdıqdan sonra 14 gün müddətində karantində qalacaqlar. Onlar “Türk Hava Yolları” və Nəqliyyat Nazirliyinin koordinasiyalı işi sayəsində 34 çarter reyslə bu gecədən etibarən Türkiyəyə gətiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv