Çavuşoğlu mərhum müğənni Müslüm Gürseslə bağlı xatirəsini bölüşdü
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu maraqlı paylaşım edib.
APA TV xəbər verir ki, XİN rəhbəri təyyarədə səyahət edərkən çəkilmiş videosunda tanınmış mərhum müğənni Müslüm Gürseslə bağlı xatirəsini bölüşüb.
“Sənin üçün darıxırıq. Məkanın cənnət olsun”, - deyə Çavuşoğlu paylaşımının şərh bölməsində qeyd edib.
Qeyd edək ki, tanınmış müğənni 2013-cü il mart ayının 3-də uzun sürən xəstəlikdən sonra vəfat edib.