Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.

 

APA TV-nin məlumatına görə, M. Çavuşoğlu “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarınızı rəhmətlə yad edirik. Bu bəşəri cinayəti unutmadıq, unutmayacağıq”, - deyə qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv