Çay evində güclü yanğın - HADİSƏ ANI

Oğuz rayonunun Xalxal kəndində, kənd sakini Namiq Şərifovun işlətdiyi çay evində yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın nəticəsində çay evinin yanar konstruksiyaları içərisində olan avadanlıq və əşyalarla birlikdə yanıb.

 

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV

Müəllif | Apa.Tv
Apa.tv