Çay evində karantin qaydalarının pozulduğu aşkarlandı - TOVUZDA

Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və digər tələblərin pozulması halları aşkarlanıb.

 

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi və 5 nəfər müştəri Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha onlara izah edilib.

Müəllif | Apa.Tv
Apa.tv