Çay evində müştərilərə qəlyan təklif edən sahibkar cərimələndi

Abşeronda karantin qaydalarını pozan və müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Səbuhi Nağıyev və daha 5 müştəri polislər tərəfindən saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib  və hər biri  cərimə olunublar.

Müəllif | Apa.Tv
Apa.tv