Çay yolu yuyub aparıb, 10 ev təhlükə altındadır
Bir neçə gündür yağan intensiv yağışlar Lənkəran və Astara rayonlarında çaylarda suyun səviyyəsinin 12 – 13 metr qalxmasına səbəb olub. Astarada Pensərçay daşaraq, sakinlərin əkin sahələrinə dolub. Sel suları meyvə ağaclarını kökündən qoparıb, yolun 30 metrə yaxın hissəsini dağıdıb və 10 – dan yuxarı ev üçün təhlükəli vəziyyət yaradıb.
Rayonun Şiyəkəran kəndində Pensərçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Yaranmış problemlə bağlı Astara RİH – nin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi bildirib ki, aidiyyəti orqanlar məlumatlandırıb.
Böyük texnikalar orda hərəkət edə bilməyəcək. Orda da dolanbac olduğundan su oranı aparıb. Erroziyaya uğrayıb.”
Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi də yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.
Qeyd edək ki, bölgədə qeyri – sabit hava şəraiti davam edir.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara