Çayda çimməyə gedən 13 yaşlı uşaq batdı

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində, şəhərin Bayramlı qəsəbəsi ərazisində 13 yaşlı uşağın axtarışları davam etdirilir. Dünən günorta saatlarında çaya çimmək üçün gedən  Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda azyaşlının axtarışları davam etdirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv