Cəbhə bölgəsində DTX tədbiri: Tanımadığınız şəxsləri gördükdə...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir qrup əməkdaşı cəbhə bölgəsində tədbir keçirib.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, DTX Beynəlxalq Antiterror Təlim Mərkəzinin əməkdaşları Ağdamın Quzanlı qəsəbəsində terrorçuluqla bağlı dünyada baş verən tendensiyalar, terrorçuların istifadə etdiyi üsul və vasitələr haqqında məlumatlar verilib.

“Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti” və “Terrorla mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzularında
çıxışlarda cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işinin vacibliyi vurğulanıb.

Tədbirdə telefon danışıqlarında və sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq, tanımadığı şəxslərlə ünsiyyət zamanı hərbi xarakterli məlumatların müzakirə edilməsinin yolverilməzliyi, o cümlədən milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara xəbər verilməsi tövsiyə edilib.

Müəllif | Apa.Tv
Apa.tv