Cəbhə rayonlarındakı təmas xəttinə yaxın taxıl zəmiləri biçilir - ARPA BİÇİNİ BAŞA ÇATIR
Karantin dövründə dəstək məqsədi ilə Nazirlər Kabineti bəzi rayonlarda aktiv taxıl biçini getdiyini nəzərə alaraq fermer və mexanizatorların müvafiq arayış əsasında sahələrə çıxmasına icazə verir.
APA TV xəbər verir ki, bu il ayrı-ayrı rayonlarda arpa üzrə məhsuldarlıq ötən ilə nisbətən yüksəkdir. 18 rayonda orta məhsuldarlıq respublika göstəricisinin üzərindədir. Artıq arpa sahələrinin 2362 hektarında biçin başa çatıb.
İlk olaraq Tərtərin cəbhə bölgəsindən başlanıb. Ümumilikdə respublika üzrə bu günədək taxil zəmilərinin 1,9 faizində biçin başa çatıb, 221 394,4 hektar sahədən 683 225 ton məhsul yığılıb.
Ölkə üzrə məhsudarlığın yüksək olmasında yeni subsidiya mexanizminin tətbiqi də mühüm rol oynayib.
Qeyd edək ki, bu il Azərbaycanda payızlıq 640 977,6 hektar sahədə buğda, 369 240,4 hektar sahədə isə arpa əkilib.