Cəbhəyanı kənd sakinləri, koronavirusdan qorunmaq üçün çağırışlar edib

Ağdamın cəbhəyanı kənd sakinləri,  koronavirusdan qorunmaq üçün insanları evdə qalmağa çağırıb. Kənd sakinləri insanları karantin rejiminə əməl etmək üçün bu cür çağırışlar etməyi vacib hesab etdiklərini deyirlər.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, müharibə şəraitində yaşayan bir qrup şəxslər cəbhəyanı yaşayış məskənlərinə gedən yol kənarlarına və kənd daxili yolların kənarlarına bildirişlər asıblar.

Əsasən insanların sıx toplaşdığı və ya ən çox hərəkət etdiyi ərazilərə “evdə qal, sağlam ol !”, “Evinə dön, ailəni qoru !”, “Laqeyd olma” və 65 yaş üzəri sakinlərə də çağırış ediblər. Kənd sakinləri bu kimi çağrışların  karantin rejimi bitənə qədər davam edəcəyinin vacib olduğunu hesab edirlər.

Müəllif | Apa.Tv
Apa.tv