Cəbrayıla səfər edən diplomatlar Xudafərin körpüsündə olublar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cəbrayıl və Zəngilan rayonuna səfər çərçivəsində işğaldan azad edilmiş Xudafərin körpüsündə olublar.
APA TV-nin Cəbrayıla ezam olunmuş əməkdaşının xəbərinə görə, diplomatlara körpünün tarixi, Ermənistanın işğal edilmiş ərazilərdə törətdiyi dağıntılar barədə məlumat verilib.