Cəbrayılda təhlükə: EVDƏN XEYLİ MİNA TAPILDI
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib. Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.