Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın baş verdi
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın olub.
Hadisə günorta saatlarında başlayıb. Dərhal yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 avtomobili və Göytəpə şəhər yanğından mühafizə bölməsinin 1 avtomobili və şəxsi heyəti cəlb olunub. İlkin məlumata əsasən, Mərkəzin qeydiyyat otağında tüstülənmə baş verib. Tüstülənmə 1-ci mərtəbədə olub. Bu zaman xəstələr arasında təşviş yaranıb.
FHN qüvvələri tərəfindən qısa müddət ərzində yanğının qarşısı alınıb. Ümumilikdə bina yanğından mühafizə olub.
Faktla bağlı araşdırma aparılır.