Cəlilabad polisi əməliyyat keçirdi – MAĞAZADAN OĞURLUQ EDƏNLƏR TUTULDU

Cəlilabadda mağazadan 25 min manat oğurlayan şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon ərazisində yerləşən tikinti malları mağazasından 14300 manat və 6400 ABŞ dollarının oğurlanması ilə bağlı Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətmək şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tovuz rayon sakini Ceyhun Cəfərov və Abşeron rayon sakini Asif Əsədullayev Sumqayıt şəhəri ərazisində “VAZ-2107” markalı avtomobildə saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər.

Ceyhun Cəfərovun üzərinə keçirilən baxış zamanı ondan 63 qramdan artıq heroin, 92 qrama yaxın metamfetamin, 1 ədəd bıçaq və oğurlanan pulların bir qismi aşkarlanaraq götürülüb. Onların digər oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv