Cəlilabad RİH-də əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.

 

APA TV-nin məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.

 

Saxlanılanlar arasında Cəlilabad RİH başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

 

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.

Müəllif | Apa.Tv
Apa.tv