Cəlilabad sakinindən 7 kq-dan artıq narkotik götürülüb

Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Teymur Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 15 ədəd psixotrop maddə olan metadon aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Teymur Hüseynovun yaşadığı evə də baxış keçirilib. Bu zaman ümumi çəkisi 4 kiloqram 45 qram tiryək və 3 kiloqram heroin aşkar olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv