Cəlilabad sakinindən narkotik götürüldü
Cəlilabad sakinindən 2 kiloqram narkotik götürülüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Rəsul Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 8 qramdan artıq heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı torpağa basdırılmış 2 kiloqram tiryək tspılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV