Cəlilabad sakinləri daha bir şəhidimizi son mənzilə yola salıb

 

Ermənilərin növbəti təxribat əməllərinə layiqli cavab verərəkən qəhrəmancasına şəhid olan Cəlilabad rayon Kövüzbulaq kəndində doğulmuş Rəşad Əlzamin oğlu Qənbərli ilə vida mərasimi keçirilib. APA TV xəbər verir ki, vida mərasimində yerli dövlət qrumlarının rəhbərləri ilə yanaşı şəhid ailə üzvləri, qazilər və ictimayyət nümayəndələri iştirak ediblər .Onunla vida mərasimi bitdikdən sonra Şəhid əsgərin nəşi 3 rəngli bayraqlar və gülllərlə son mənzilinə yola salınıb. Dəfn kənd qəbirstanlığında keçirilib. Vətən torpağına müqəddəs əmanət kimi tapşırılan şəhidin büküldüyü dövlət bayrağı şəhid atasına təqdim edilib. Qeyd edək ki, Rəşad Qənbərli 1996-cı ilin 25 iyununda rayonun Kövuzbulaq kəndində dünyaya göz açıb. Həqiqi Hərbi xidmətini başa vurduqdan sonra müqavilə əsasında hərbiçi kimi həyatını davam etdirib. Rəşad Qənbərli yeni ailə hətaı qurmuşdu və yaxın zamanlarda gənc ailə övlad yolunu gözləyirdi. Sonda şəhidin məzar üzərində yaylım atəşi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv