Cəlilabadda avtomobil körpüdən çaya aşıb
Cəlilabadda yol – nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Ələt- Astara avtomobil yolunun 140-cı km-də, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, Masallı rayon sakini, 62 yaşlı Ziyadxan Əzizov, idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarətməni itirib. Nəqliyyat vasitəsi körpüdən Mişarçaya aşıb. Qəza nəticədə sürücü və avtomobildə olan sərnişin 51 yaşlı Tofiqə Teymurova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib. Açıqlamada bildirilir ki, saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir.