Cəlilabadda əməliyyat – PAYTAXT SAKİNLƏRİ 7 KQ-DAN ARTIQ NARKOTİKLƏ TUTULDULAR

Cəlilabadda avtomobildən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat tədbirləri keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Adil Rüstəmov və Vüqar Həsənzadə sonuncunun idarə etdiyi “Toyota” markalı avtomobildə Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə həmin avtomobilə baxış keçirilərkən oradan Adil Rüstəmova məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv