Cəlilabadda evini tərk edən iki koronavirus xəstəsi geri qaytarıldı
Cəlilabadda 2 koronavirus daşıyıcısının yaşayış yerini tərk etdiyi müəyyən edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakinləri Nazim Mirələmov və Səbuhi Məmmədova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.