Cəlilabadda evini tərk etmiş aktiv koronavirus xəstəsi aşkarlanıb

 

Cəlilabadda yaşayış yerini tərk etmiş aktiv koronavirus xəstəsi aşkarlanıb. A

PA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakini İdrak İsazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb. Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv