Cəlilabadda FACİƏ: iki nəfər suda boğuldu
Cəlilabadda su bəndində iki nəfər boğulub. Hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Su bəndində boğulan iki nəfərin meyiti tapılıb. Ölən şəxslər Hamarqışlaq kənd sakinləri 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Həsənovdur. Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV