Cəlilabadda karantin qaydalarını pozan idman zalı aşkar edildi

Cəlilabadda karantin qaydalarını pozan idman zalında satışı qadağan olunmuş dərman həbləri tapılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb. Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən rayon sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredici maddələr olan və satışı qadağan olunmuş 3750 ədəd dərman həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv