Cəlilabadda karantin qaydalarını pozan şəxsdən narkotik götürüldü

Cəlilabadda karantin postunda saxlanılan şəxsin üzərindən və avtomobilindən müxtəlif növ narkotik vasitələr, həmçinin psixatrop maddə aşkarlanıb.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq rayon ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Lakin polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən həmin şəxs idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsinə gətirilən Sürücü, Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram heroin, 8 qram metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv