Cəlilabadda karantini pozan şəxslər saxlanıldı – İKİSİ HƏBS OLUNDU

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, Cəlilabadın girişində yaradılan stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o bu əmrə tabe olmayaraq, hərəkəti davam etdirib.

Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların Biləsuvar sakinləri Yaşar Şahmarov, İqbal Abdullazadə, Fərhad Əlizadə və Rəvan Quliyev olduqları müəyyən edilib.

Onlar barəsində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv