Cəlilabadda koronaviruslu sürücü karantin postundan keçmək istədi
Cəlilabadda karantin postundan keçmək istəyən aktiv koronavirus xəstəsi aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun girişində qurulmuş stasionar postda rayon ərazisinə daxil olmaq istəyən sürücülərdən birinin koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb.
Müvafiq yoxlama zamanı Biləsuvar rayonunun Xırmandalı kənd sakini Cavid Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxsə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq edilib və polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılması təmin olunub.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.