Cəlilabadda mal ferması yandı 

Cəlilabadda mal fermasının yanması nəticəsində 29 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərhədabad kəndində baş verib. Kənd sakini Anar Qasımova məxsus tövlədə başlanan  yanğın tez bir zamanda bütün tikiliyə yayılıb. Fermanın içində heyvanlar üçün tədarük olunmuş quru otun olması yanğının qarşısının alınmasını çətinləşdirib. Hadisə Yerinə Cəlilabad Yanğından Mühafizə hissəsinin 3 texnikası cəlb olunub. Fermanın müəyyən hissələri alovdan mühafizə olunsa da içəridə olan heyvanlar və tədarük olunmuş quru ot bağlamaları tamamilə yanıb. Hadisənin Elektrik naqillərində baş vermiş qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv