Cəlilabadda meşə massivində yanğın baş verib

Cəlilabadda meşə massivində güclü yanğın başlayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yanğın Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun söndürülməsi işlərinə cəlb edilib. Həmin ərazi mürəkkəb dağ relyefindən ibarət olduğundan texnikaların həmin ərazilərə hərəkətində və yanğın ocağına birbaşa müdaxiləsində çətinliklər yaranıb.

Bundan başqa, ərazidə güclü küləyin olması alovun tez bir zamanda yayılmasına da şərait yaradıb. Saat 4 radələrində ərazidə yanğını məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv