Cəlilabadda narkotacir qohumlar tutuldu – 6 KQ NARKOTİKLƏ
Cəlilabadda narkotacir qohumlar 6 kiloqram narkotiklə saxlanılıblar.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşları daxil olmuş məlumat əsasında, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərovu “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlayaraq polis şöbəsinə gətiriblər.
Həmin avtomobilə keçirilən baxış zamanı 4 kiloqram 190 qram heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan Elşad Hüseynli narkotik vasitəni İran vətəndaşından aldığını bildirib: “İran vətəndaşı Ramin adlı şəxslə telefonla danışmışam. Gülməmmədli kəndində dirəyin dibinə əmanət qoyub. Mən də onu götürmüşəm, orada pul qoymuşam. Oradan aralaşanda polis əməkdaşları maşını saxlayıb və baxış zamanı çıxıb içindən”.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV