Cəlilabadda polis əməliyyatı: narkotik alverçisi ələ keçdi

Cəlilabad polisi rayon ərazisində narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, saxlanılan rayon sakini Orxan Vəkilzadənin üzərinə baxış keçirilərkən heroin aşkar olunub.


Daha sonra onun rayondakı evinin həyətindəki saxlanc yerindən 3 ədəd bağlamada gizlətdiyi 4 kiloqram 0,7 qram heroin və 1 ədəd elektron tərəzi  götürülüb.

 

O.Vəkilzadə narkotiki tanımadığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanıb.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv